Fətullah Gülənin başına milyonluq mükafat qoyuldu
Oktyabr 29
11:16
2015
Türkiyə Daxili İşlər Nazirliyi axtarışda olan terrorçuların siyahılarının dərc olunduğu sayt hazırlayıb.
Türkiyənin FOX tv-nın məlumatına görə, "mükafat nizamnaməsi” çərçivəsində hazırlanan saytda axtarılanların siyahısı qırmızı, göy, yaşıl, narıncı və boz kateqotiyalara ayrılıb.
Saytın qırmızı kateqoriyasında Cəmil Bayık, Murat Karayılan və s. təhlükəli PKK terrorçularının adları var.
Həmçinin bu kateqoriyada bəzi İŞİD liderləri ilə yanaşı "Hizmet” hərəkatının ABŞ-da olan rəhbəri Fətullah Gülənin də adı yerləşdirilib. Səhifənin sonunda isə bu kateqoriyadan olan terrorçular barədə məlumat verənlərin mükafatlandırılacağı vəd olunub.
Fətullah Gülən "FETÖ” (Fetullahçı Terror Örgütü) və "PDY” (Paralel Dövlət Yapılanması) təşkilatlarının lideri kimi axtarışdadır. 2013-cü il dekarın 17-də Fətullah Gülənə bağlı bəzi polislər baş nazir və daxili işlər nazirlərinə xəbər vermədən ölkədə rüşvət və korrupsiya əməliyyatı keçirirlər. Hakimiyyətə yaxın mətbu orqanlarının yazdıqlarına görə bu əməliyyatlar zamanı əsas məqsəd dövlət çevrilişi olsa da buna müvəffəq olunmayıb.



