SON XƏBƏR

Fəttah Heydərov Qəbələdə seçicilərlə görüşüb - FOTO

Yanvar 31
09:09 2020
09 fevral 2020-ci ildə keçiriləcək parlament seçkisinə yenidən qatılan Fəttah Heydərovun Qəbələ rayonunda təbliğat-təşviqat kampaniyası uğurla davam edir.
 
Onun görüşünə sevinclə gələn sakinlər namizədi yenidən aralarında görməkdən məmnun olduqlarını bildirirlər.
 
Fəttah Heydərovun növbəti görüşü Kiçik Pirəlli kəndində olub.
 
Namizəd dövlətimizin vətəndaşın rifahı naminə gördüyü işlərdən danışdıqdan sonra, özünün deputat olduğu illərdəki fəaliyyətindən söz açıb. O, qeyd edib ki, əgər yenidən parlamentə seçilərsə, yenə də qəbələliləri layiqincə təmsil edəcək, əvvəlki coşğuyla da işlərini davam etdirəcək.
 
Namizədin çıxışından sonra söz alan kənd sakinləri millət vəkilinin işindən daim razı qaldıqlarını bildirmiş, onun Qəbələnin inkişafındakı xidmətlərini təqdir etdiklərini və yenə də ona səs verəcəklərini bildiriblər.
 
Fəttah Heydərov sakinlərin ümumi və şəxsi problemlərini dinləyib, qeydlər aparıb, həllinə çalışacağına söz verib.
 
Görüş coşğuyla başladığı kimi, yüksək əhval-ruhiyyə ilə də bitib.
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook