Fətəli Xan Xoyski küçəsində aparılan tikinti işləri narazılıq yaradır - FOTOLAR

Mart 03
10:23
2025
Nərimanov rayonunun Fətəli Xan Xoyski 130 ünvanında normativlərə uyğun aparılmayan tikinti işləri ciddi narahatlıq yaradır.
Qlobal.az-a verilən məlumata görə, Fətəli Xan Xoyski 130 ünvanında küçə boyu aparılan kotlavan qazma işləri ətrafdakı hündür mərtəbəli yaşayış binalarının sakinlərində narahatlıq yaradır. Onlar binalarınnı qəzalı vəziyyətə düşəcəyindən ehtiyatlanırlar.
"Krone Hotel"-in sağ-solunu əhatə edən katlavan qazma işləri həm də magistral yola ciddi problem yaradır.
Belə ki, artıq asfalt yolun bəzi hissələrində xırda çökmələr müşahidə edilir.
Tikinti aparılan ünvanda məlumat löhvəsi olmadığı üçün inşaat barədə məlumat əldə edə bilmədik.







Qlobal.az-a verilən məlumata görə, Fətəli Xan Xoyski 130 ünvanında küçə boyu aparılan kotlavan qazma işləri ətrafdakı hündür mərtəbəli yaşayış binalarının sakinlərində narahatlıq yaradır. Onlar binalarınnı qəzalı vəziyyətə düşəcəyindən ehtiyatlanırlar.
"Krone Hotel"-in sağ-solunu əhatə edən katlavan qazma işləri həm də magistral yola ciddi problem yaradır.
Belə ki, artıq asfalt yolun bəzi hissələrində xırda çökmələr müşahidə edilir.
Ehtimal edilir ki, bu çökmələrə səbəb tikinti ərazisində qazıntı sahəsi ilə yol arasında aşırım məsafənin tələb olunan səviyyədə saxlanılmamasıdır.
Qlobal.az məsələ ilə bağlı Nərimanov rayon icra Hakimiyyətindən mövqe öyrənməyə çalışıb.
İcra Hakimiyyəti məsələyə münasibət bildirmədi.
Cahandar Laçınlı
Qlobal.az






