SON XƏBƏR
  • "Vüsal 300" ev dustaqlığına buraxıldıBir müddət əvvəl həbs edilən "Vüsal 300" kimi tanınan iş adamı Abbasov Vüsal Şirvan oğlu ev dustaqlığına buraxılıb. "Report"un əldə etdiyi xəbərə görə, bu barədə Xətai rayon Məhkəməsi qərar verib. ..
  • Əlisəmid Kür vəfat etdiŞair Əlisəmid Kür (Cəfərli) vəfat edib. Bu barədə APA-ya şairin ailə üzvləri məlumat veriblər. Ailəsinin bildirdiyinə görə, o, bu gün yaşadığı evdə dünyasını dəyişib. Qeyd edək ki, səhhətində..
  • Şərurlu İsfəndiyar kabinetində gizli çəkiliş edib - VİDEOMəşhur iş adamı şərurlu İsfəndiyarla bağlı qalmaqallı iddia ortaya atılıb. Qlobal.az xəbər verir ki, onun APA TV-nin əməkdaşlarını gizli şəkildə çəkərək kanalı təhdid etdiyi bildirilib. İddiaya ..
  • Nizami rayonunda ağacı hasarlayaraq MİS-ə anbar tikilib - VİDEOBakının Nizami rayonu, Nəsimi küçəsi 37 ünvanında ağacı hasara alaraq anbar tikiblər. Əvvəlcə ağacın ətrafını armaturla toxuyub, sonra daşla hörüblər. Xezerxeber.az-ın məlumatına görə, bununla b..
  • "Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib"Qarabağ" klubu dünya reytinqində daha 14 pillə irəliləyib. Bu, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) açıqladığı siyahıda əksini tapıb. 171 xalı olan Azərbaycan ..
  • Fransanın Baş naziri yeni hökuməti formalaşdırıbFransanın Baş naziri Sebastyen Lekornyu yeni hökuməti formalaşdırıb. "Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı Yelisey sarayına istinadən məlumat yayıb. Jan-Noel Barrot xarici işl..
  • "İsraili təhlükəsizlik sınaqları gözləyir" - Netanyahuİsrail hələ də təhlükəsizlik sınaqları ilə üzləşir, bəzi düşmənləri yenidən hücum etmək üçün bərpa olunmağa çalışırlar. "Report"un xəbərinə görə, yəhudi dövlətinin Baş naziri Binyamin Netanyahu ..
  • Azərbaycanlı pianoçu Londonda solo konsertlə çıxış etdiBeynəlxalq müsabiqələr laureatı və Prezident təqaüdçüsü Vüsalə Babayeva London Transport Muzeyində növbəti dəfə solo konsert proqramı ilə çıxış edib. AZƏRTAC xəbər verir ki, Vüsalə Babayeva konsert..
  • Rəsul Quliyevin ailəsi 30 ildən sonra Bakıda (FOTO)Milli Məclisin sabiq sədri Rəsul Quliyevin ailəsi 30 ildən sonra ilk dəfə Bakıya gəlib. "Qafqazinfo” xəbər verir ki, bu barədə sabiq spikerin qızı Xanım Hənna feysbuk hesabında məlumat yayıb. O ..
  • Prezident Misirə getdiPrezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib. ..

FETÖ-nün dönər şəbəkəsi ifşa oldu - Bakıda da filialları var (Foto)

Fevral 25
01:53 2025
Türkiyədə "Maydonoz Döner” restoranlar şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyat keçirilib.
 
Qlobal.az xəbər verir ki,  "Kıskaç-40” adlı əməliyyat çərçivəsində 31 vilayətdə aparılan əməliyyatlarda 10-u dövlət qulluqçusu olmaqla ümumilikdə 353 şübhəli saxlanılıb.

Aparılan araşdırmalara görə, "Maydonoz Döner” adlı dönər zəncirinin franchise (ad hüququ) sistemi vasitəsilə FETÖ-ya maliyyə dəstəyi göstərdiyi məlum olub.

Franchise sistemi vasitəsilə qeyri-rəsmi ortaqlıqlar qurulub və təşkilatla əlaqəsi olan şəxslərə ödəniş müqabilində imkanlar təqdim olunub.

Tərəfdaşlıqlar yalnız təşkilati etimada əsaslanaraq, heç bir rəsmi sənəd olmadan həyata keçirilib.

Filiallar FETÖ-ya bağlı şəxsləri işlə təmin etmək və onlardan ianələr toplamaq üçün istifadə edilib.
 
Təşkilata bağlı biznesmenlər vasitəsilə əldə olunan gəlir qeyri-rəsmi yollarla ötürülüb.Xaricdə yeni dilerliklər yaradılaraq, beynəlxalq maliyyə axınlarına şərait yaradılıb.

FETÖ və digər terror təşkilatlarının maliyyə mənbələrinə qarşı mübarizənin qətiyyətlə davam etdirilir.

Musavat.com bu şəbəkəyə aid dönərçilərdən birinin Bakının Həsən Əliyev küçəsi 335, digərinin isə Zahid Xəlilov 23 (Elmlər Akademiyası) ünvanında olduğunu təsbit edib.
 
 

Bakıda Həsən Əliyev küçəsində yerləşən "Maydonoz Döner” restoranının fotosu
 


Zahid Xəlilov 23 ünvanında yerləşən "Maydonoz Döner” restoranının fotosu

Hazırda Bakıda fəaliyyət göstərən "Maydonoz Döner” restoranlarının bu əməliyyata daxil olub-olunmayacağı bilinmir.
 
Mənbə: Musavat.com
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook