SON XƏBƏR

FETÖ Azərbaycanda necə kök atıb? - “Bir sıra məmur övladları, nazirlərin ətrafına...”

İyul 24
16:51 2023
"FETÖ Türkiyədən çıxandan sonra ilk dəfə Azərbaycana gəliblər. Ondan sonra isə digər ölkələrə yayılıblar. Çox təəssüf ki, onlar postsovet ölkələrinə məhz Azərbaycan üzərindən yayılıblar”.

Bu sözləri Yenisabah.az-a açıqmasında "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

O, Azərbaycan FETÖ-yə qarşı keçirilmiş əməliyyatından sonra bu qruplaşmanın Azərbaycandakı təsir mexanizmlərindən söz açıb.

A. Ələsgər bildirib ki, Türkiyədə 2014-2016-cı illərdə bir sıra siyasi proseslər baş versə də, FETÖ Azərbaycandakı mövqeyini qoruya bildi:

"Çox təəssüf ki, FETÖ Türkiyədə belə özünü müəyyən mənada qoruyub saxlaya bildi. Bu gün FETÖ beynəlxalq dəstəkli bir təhlükə olaraq qarşımıza çıxmaqdadır. Eyni zamanda burada məsələni çox ciddi şəkildə analiz etmək lazımdır. Yəni FETÖ haradadır? Siz dövlətdə baş verən proseslərə təsir etməyəcək bir yerdə FETÖ axarırsınızsa, orada da bu qruplaşmanın üzvləri mövcuddur. Lakin onların həbsi heç nəyi dəyişdirməyəcək. Çox yaxşı olardı ki, bir sıra məmur övladları, yaxud hazırda vəzifədə olan nazirlərin ətrafına baxılaydı. Eləcə də Milli Məclis və digər qurumlarında FETÖ haraya qədər sızıb, buna baxmaq lazımdır. FETÖ demək ABŞ deməkdir. Yəni ABŞ kəşfiyyatının əli haralara qədər uzanıbsa, buna baxmaq lazım idi. Buna görə də FETÖ əməliyyatının davam etməsinin faydasının olub-olmamağı müzakirə edilə bilər”.

Müsahibimizin fikrincə, FETÖ-dən danışanda dini məsələni kənara qoymalıyıq:

"Çünki din hər zaman onların istifadə etdiyi bir maska olub. Bunlar heç bir şəkildə dindar olublar. Fətullah Gülənin daxili jarqonlarından biri də tədbir idi. Tədbir isə o demək idi ki, lazım olan yerdə dindar, lazım olan yerdə isə ateist kimi görünməlisən. Çünki bu, bir agent şəbəkəsidir. 2016-da FETÖ çevriliş edən zamanda da deyirdim, indi də deyirəm ki, biz bunları agentura şəbəkəsi kimi nəzərə almalıyıq. Bunlar agentura şəbəkəsidir, sızma əməliyyatları edirlər və bunların ən birinci işi özlərini gizlədib başqalarını hədəf göstərməkdir. Bu tendensiya Türkiyədə yaşandı. Əsl FETÖ-çular kənarda qaldılar, bir çox hallarda FETÖ ilə əlaqəsi olmayan və ya çox az əlaqəsi olan şəxslər FETÖ-nun hədəfə göstərməsi ilə həbs edildilər”.

Həmsöhbətimiz iddia edib ki, bu gün Rusiya və Orta Asiyadakı FETÖ-çuların bir çoxları daha çox Azərbaycandakı FETÖ-çularla əlaqəlidirlər:

"Çünki Fətullah Gülən 25 il bir müddət qoymuşdu ki, onlar 25 il ərzində bir nəsil yetişdirəcəkdilər. Özlərinin dediklərinə görə 25 il gözləməyə ehtiyac olmadı. Çünki bunların hədəfi Türkiyədə savadlı və kasıb uşaqları ələ keçirmək idisə, Azərbaycanda daha çox məmur övladları, perspektivi olan, hansısa vəzifəyə rahat gedə biləcək şəxslərin üzərinə oynadılar və planları da baş tutdu. Biz axtarışa versək, görərik ki, ən ali məmurların övladları belə bunların məktəblərində oxudu, sistemindən keçdi. FETÖ-çular şəbəkə sistemi ilə bu uşaqların valideynlərinə də nüfuz etməyi bacardılar.

Bu gün Azərbaycanda FETÖ-nun kifayət qədər gücü, şirkətləri, mediası və təhsil kursları var. Bu gün Azərbaycanın suverenliyini və dövlət təhlükəsizliyini 2 xarici güc varsa, bunlardan biri İran, digəri isə FETÖ-dur”.

"FETÖ postsovet məkanında kasıb-kusubun balaları üzərindən oynamadı, əksinə, kəsə yoldan getdi. Həmin vaxtlarda Azərbaycan ən yüksək təhsil haqqı FETÖ məktəblərində idi. O təhsil haqqı ilə hansısa bir kasıbın, yaxud yetimin balası gedib o məktəblərdə oxuya bilməzdi. Bunun da məqsədi o idi ki, yüksək təhsil haqqı ilə məmur balaları hədəf seçilmişdi və o məmurların övladları da bu gün vəzifədədirlər. Bu gün bir sıra nazirliklərdə bunlar açıq şəkildə fəaliyyətlərini göstərirlər, bəzən istəmədikləri adamı şərləyib onu həbsə də sala bilirlər. FETÖ bu gün Azərbaycanda əvvəlkindən daha güclü vəziyyətdədir”, – jurnalist yekunlaşdırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook