SON XƏBƏR

“Fərqli bir potensial əldə etmiş olacağıq” - Ərdoğan yeni müjdəli xəbərlərdən danışdı

May 27
09:09 2023
"Gündə 100 min barel neft hasil edəcəyik”.Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan A Haber-in canlı yayımında enerji sahəsində atılan addımlar barədə danışarkən deyib.

Ərdoğan neft və təbii qazla bağlı ümidverici mənzərədən və yataqların tapılması istiqamətində aparılan işlərdən bəhs edib.

"Yaxşı ehtiyat mənbələri tapsaq, həm Orduda, həm də Rizədə çox fərqli bir potensial əldə etmiş olacağıq”, - deyə Türkiyə prezidenti qeyd edib.

Ərdoğan digər tərəfdən enerji sahəsində müxtəlif variantların olduğuna diqqət çəkib. 

"Ehtiyat mənbələri vacib əhəmiyyət kəsb edir. Ordu və Rize məsələmiz var. Birində neft, birində təbii qaz var. Yaxşı ehtiyat mənbələri tapsaq, çox fərqli potensial əldə edəcəyik. İlk 1 ayı ödənişsiz etdik. 1 il ərzində 25 kubmetri pulsuz verəcəyik. Bunun Prezidentin hədiyyəsi olduğunu qeyd ediblər. Qara Dənizin qərb bölgəsindəki axtarışlarımızı Mərkəzi və Şərqi Qara dəniz bölgələrinə istiqamətləndirdik. Ordu və Kastamonuda axtarışlarımız davam edir. Ən böyük kəşfimizi Şəhid Aybüke Yalçında etdik. Gündə 100 min barel neft hasil edəcəyik. Hazırda bu rəqəm 20 min bareldir”, - deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.

Mənbə: A Haber



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook