SON XƏBƏR

Fermer nazirliyin qarşısında aksiya keçirib: "750 qoyunum ölüb" - VİDEO

Mart 11
18:32 2020
Kənd Təsərrüfatı Nazirliyi heyvanlarda yayılan xəstəliyə əlac tapa bilmir

Fermer Seyran Kərimova məxsus 750 baş xırdabuynuzlu heyvan 4 ay müddətində xəstəlikdən tələf olub. 

Bu barədə Arqument.Az-a Seyran Kərimov məlumat verib. 
 


Onun sözlərinə görə, Abşeron rayonunun Xabqulu yatağındakı təsərrüfatda yayılan xəstəliyin səbəbini Kənd Təsərrüfatı Nazirliyi tapa bilmir. 

Fermer qeyd edir ki, bu barədə Kənd Təsərrüfatı Nazirinin tapşırığı olsa da, Nazirliyin nəzdində fəaliyyət göstərən elmi-tədqiqat institutu qoyunlarda yayılan xəstəliyi müəyyənləşdirə bilmir. 
 
Rəsmi qurumlar arasında get-gələ salınan fermerlər rəhbəri bu gün nazirliyin qarşısında yaşadığı problem ilə bağlı mediaya açıqlama verib. 
 
Nazirliyin rəsmisinin də iştirak etdiyi videonu təqdim edirik:
 

 Qlobal.az 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook