Fərman Nağdalıyev Rəcəb Babaşova "cihad" elan edib
Avqust 09
01:09
2016
Azərbaycanın bəzi regionlarında məmur özbaşınalığı, süründürməçiliyi bitib- tükənmək bilmir.
Respublika prezidenti İlham Əliyev cənablarının dövlət tədbirlərində daima məmur korpusundan qanunlara riayət etməyi tələb etməsini, görünür, bəzi məmurlar sözün həqiqi mənasında dərk edə bilmirlər. Yaxud da dərk etmək istəmirlər. Qeyd edək ki, qanunsuzluğun, hərc-mərcliyin tüğyan etdiyi rayonlardan biri də Qazax rayonudur.
Qlobal.az-ın əldə etdiyi məlumata görə, iki ay öncə dövlət başçısının sərəncamı ilə rayona İH-nin başçısı təyin olunan Rəcəb Babaşov islahatlara başlamaq istəsə də yerli məmurların sərt təpkisi ilə üz- üzə qalıb. Yeni RİH başçısının islahatlarını dolayısı ilə boykot edən məmurların arxasında isə RİH-nin başçısının birinici müavini Fərman Nağdaliyevin dayandığı deyilir. Belə ki, 10 ildən artıqdır ki, Qazax RİH-nin başçısının müavini işləyən Fərman Nağdalıyev özünü rayonda əsas səlahiyyət sahibi kimi aparır. Özünü rayonun idarə və müəssisə rəhbərlərinə PA-nın eyni soyadlı şöbə müdirinin qohumu və sevimli kadrı kimi təqdim edən Fərman Nağdalıyevin ən çox işlətdiyi söz deyilənə görə, "rayonun taleyinə mən cavabdehəm" sözüdür.
Güman edilir ki, artıq PA-da da RİH başçısının müavinin əməllərindən xəbərdardırlar. Ancaq ölkədə referendum hazırlığı olduğu üçün hələ ki, uzun illərdən bəri vəzifəsində artıq "yetişmiş" məmurun azad olunmağı ertələnir. Məlumata görə, RİH-nin başçısı Rəcəb Babaşov da rayonda başlatdığı islahatların Fərman Nağdalıyevin vəzifəsindən azad olunmayacağı təqdirdə heç bir səmərə verməyəcəyinin fərqindədir.
Daha sonra məlumatda deyilir ki, Qazaxlılar rayonun inkişafı üçün ilk günlər Rəcəb Babaşova ümid etsələr də, artıq bu ümidləri tükənmək üzrədir. Buna səbəb isə RİH başçısının hər beşinci gün qəbul etdiyi vətəndaşların şikayətlərinin həllini Fərman Nağdalıyevə tapşırmasıdır.
Əməkdaşımız deyilənlərlə bağlı Fərman Nağdalıyevin münasibətini öyrənmək istəsə də qarşı tərəf cavab vermək istəməyib.
Qlobal.az