SON XƏBƏR

Fərid Səfərli Azərbaycana qaytarılıb - DTX və XİN rəsmi məlumat yaydı

Yanvar 20
19:15 2025
İranda həbs edilən azərbaycanlı tələbə Fərid Səfərli azad edilib və Azərbaycana qaytarılıb.

Qlobal.az-ın Azərbaycanın Xarici İşlər Naziriliyi və Dövlət Təhlükəsizlik Xidmətinin birgə məlumatına istinadən verdiyi xəbərə əsasən, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının vətəndaşı, 2023-cü ildə İran İslam Respublikasında saxlanılmış Səfərli Fərid Qabil oğlu beynəlxalq hüquqi əməkdaşlıq və qarşılıqlı prosedur çərçivəsində yanvarın 18-də İran İslam Respublikasından təhvil alınaraq Azərbaycana qaytarılıb.

Məlumata görə, Fərid Səfərli tibbi müayinədən keçdikdən sonra ailəsinə qovuşub.

Qeyd edək ki, Azərbaycan vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi Fərid Səfərlinin 2023-cü il fevralın 20-də İrana səfərə gedib. Martın 4-dən etibarən onunla əlaqə kəsilib. Sonradan onun həbs olunması barədə məlumatlar yayılıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook