"Fərid məhkəmədə fars dilində dindirilir" - Dilarə Əsgərova
İyul 19
10:29
2023
Almaniyada yaşayan və İrana tələbə yoldaşını ziyarətə gedən zaman həbs olunan Fərid Səfərlinin anası Dilarə Əsgərova xarici işlər naziri Ceyhun Bayramova müraciət ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "Facebook" profilində paylaşım edib.
Dilarə Əsgərova bildirib ki, 4 aydan yuxarıdır İranda günahsız yerə saxlanılan, hüquqları pozulan oğlu məhkəmədə fars dilində dindirilir.
O cinayətkar olduğuna görə həbs olunsaydı, heç kimə ağız açmazdım, deyərdim, zəhmət çəkib cəzasını çəksin. Amma hamı çox gözəl bilir ki, Fərid Azərbaycan vətəndaşı olduğuna görə həbs olunub. Ona görə də sizdən xahiş edirəm, onun müdafiəsinə Azərbaycan dövləti adına səylərinizi əsirgəməyəsiniz. Fəridin vəkillə təmin olunması prosesinin sürətlənməsinə, Azərbaycandan da bir vəkilin bu işə cəlb olunmasına, mənimlə yenidən telefon əlaqəsinin qurulmasına (cəmi iki dəfə danışmışıq), vəkillə təmin olunana qədər konsulluq isçilərindən kiminsə onun məhkəməsində iştirak etməsinə və ən nəhayət avqustda mənim onunla görüşməyimə şərait yaradılmasına səy gostərəsiniz. İnanıram ki, siz mənim çağırışıma biganə qalmayacaqsınız”, deyə müraciətdə bildirilib.