Fərid Əsgərov Bəylər Əyyubova müavin təyin edildi

Fevral 25
20:02
2025
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova müavin təyin edilib.
Qlobal.az "Unikal”a istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin olunub.
Qeyd edək ki, Fərid Əsgərov uzun müddətdir Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır. O, 2017-ci ildə Azərbaycan Milli Karate Federasiyasının birinci vitse-prezidenti seçilib.