SON XƏBƏR

Fərid Axundov vəzifəsindən ayrılacaq

Dekabr 11
11:01 2024
Fərid Axundov 1 yanvar 2025-ci il tarixindən etibarən "PAŞA Bank"ın Müşahidə Şurasından ayrılacağını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə, o, sosial şəbəkə hesabında paylaşım edib.

"PASHA Bank-ın Azərbaycanda aparıcı maliyyə qurumuna çevrilməsinə şahidlik etməkdən həm peşəkar bankir, həm də bu möhtəşəm ölkənin vətəndaşı kimi qürur duyuram. Fəaliyyətimi Bakı Fond Birjasının Müşahidə Şurasının sədri olaraq davam etdirəcəm”, deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Fərid Axundov PAŞA Bankda öz fəaliyyətini 2007-ci ildə İdarə Heyətinin Sədri qismində başlayıb və 2015-ci ildə Müşahidə Şurasının üzvü vəzifəsinə təyin olunub.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook