SON XƏBƏR

Fərdi sahibkarlar nə qədər sosial haqq ödəyəcək? – Deputat yeni rəqəmləri açıqladı

Yanvar 24
11:38 2025
"Sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ödədiyi sosial haqqların məbləği minimum əmək haqqı ilə bağlıdır. Bu il yanvarın 1-dən minimum əmək haqqı artırıldığı üçün sosial haqların məbləğində dəyişikliklər də baş verdi”.

"AzPolitika” xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib.

İqtisadçı hesab edir ki, əhalinin sosial təminatının daha gücləndirilməsi üçün minimum əmək haqqının mütəmadi artırıldığını nəzərə alaraq sahibkarlar üçün differensial sosial haqqların müəyyənləşdirilməsi daha məqsədəuyğun olardı: "Belə ki, sosial haqqlar üzrə faizlərin sahibkarların əldə etdiyi gəlirə uyğunlaşdırılması və nisbətən az daxilolmaları olan fiziki şəxslərin daha aşağı faizli sosial sığortaya cəlbi məqsədəuyğundur. Bu nəticədə, minimum əmək haqqı məbləğləri artırılanda daha az gəliri olan sahibkarların sosial sığorta ödənişlərində nisbətən az artımla müşahidə oluna bilər”.

Deputat yanvarın 1-dən tətbiq olunacaq sosial sığorta haqqlarının yeni məbləğlərini açıqlayıb:

1. Bakı şəhərində: Tikinti üzrə 200 manat (400 manat x 50 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 100 manat (400 manat x 25 faiz)

2. Sumqayıt və Gəncə şəhərlərində: Tikinti üzrə 180 manat (400 manat x 50 faiz x 90 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 90 manat (400 manat x 25 faiz x 90 faiz)

3. Digər şəhərlərdə: Tikinti üzrə 160 manat (400 manat x 50 faiz x 80 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 80 manat (400 manat x 25 fazi x 80 faiz)

4. Rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə: Tikinti üzrə 120 manat (400 manat x 50 faiz x 60 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 60 manat (400 manat x 25 faiz x 60 faiz)

5. Kkənd yerlərində: Tikinti üzrə 100 manat (400 manat x 50 faiz x 50 faiz), Digər sahələrdə (xidmət, ticarət və s.) 50 manat (400 manat x 25 faiz x 50 faiz).


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook