“Fənərbağça” Türkiyə Superkubokunda meydanı tərk edib
Aprel 08
06:04
2024
"Fənərbağça” Türkiyə Superkubokunda "Qalatasaray”la keçirilən oyunun 3-cü dəqiqəsində meydanı tərk edib.
"Report”un məlumatına görə, Şanlıurfada keçirilən görüşə U-19 komandasının futbolçuları ilə çıxan İstanbul təmsilçisi qarşılaşmanı davam etdirməkdən imtina edib.
Buna qədər "Qalatasaray” Mauro İkardinin 1-ci dəqiqədə vurduğu qolla hesabı açmışdı.
"Fənərbağça”nın bu qərarı qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olub. Bununla bağlı Türkiyə Futbol Federasiyası (TFF) yaxın müddətdə qərarını açıqlayacaq.