Fələstin İsraillə birbaşa danışıqlara hazır olduğunu bəyan edib
Fevral 14
00:02
2018
Fələstin İsraillə üçüncü tərəfin təşkil edəcəyi birbaşa danışıqlara hazırdır. Moskva və ya Soçi bunun üçün neytral meydança ola bilər. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin XİN rəhbəri Riyad əl Maliki bildirib.
"Hesab etmirəm ki, bu cür danışıqlar Qüdsdə keçirilməlidir”, - deyə diplomat bildirib.
Riyad əl Maliki İsrail tərəfinə qeyd olunan variant üzərində düşünməyə və təklifi müsbət qəbul etməyə çağırıb.