Federasiya Şurası 4 bölgənin Rusiyaya birləşdirilməsini ratifikasiya edib
Oktyabr 04
12:15
2022
Rusiya Federasiya Şurasında Ukraynanın dörd regionunun Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinin təqdim etdiyi qanun layihəsinə baxılıb.
Qanun layihəsi səsə qoyulub. İclasda iştirak edənlər yekdilliklə Ukraynanın Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya birləşdirilməsini nəzərdə tutan federal qanun layihəsinin lehinə səs verərək müqavilələri ratifikasiya edib.