Fazil Mustafa Xamneyiyə hoqqabaz dedi
Sentyabr 14
21:18
2016
Millət vəkili Fazil Mustafa İranın ali dini rəhbəri Əli Xamneyinin ölkəsinin vətəndaşlarını Həcc ziyarətini Kərbəla ziyarəti ilə əvəzləməklə bağlı fətvasını absurd addım adlandırıb.
Xatırladaq ki, Səudiyyə Ərəbistanını iranlıları öldürməkdə günahlandıran İranın dini lideri Əli Xamneyi Həcc fətvası verərək, iranlıları Səudiyyə Ərəbistanı yerinə Kərbəlaya getməyə çağırıb. Onların Kərbəlaya gedərək hacı olacaqlarını bildirib. Dini liderin bu fətvası İranla Səudiyyə Ərəbistanı arasında münasibətlərin növbəti dəfə gərginləşməsindən sonra Tehranın Ər-Riyada yönəlik yeni demarşı olaraq, qiymətləndirilir.
Ə.Xamneyinin vurğulanan fətvasını A24.Az-a şərh edən millət vəkili Fazil Mustafa bu addımı "növbəti hoqqabazlıq” kimi qiymətləndirib:
"Əslində, erməniləri özlərinin kökü bir qardaşları hesab edən İran ayətullahlarının bu addımı təəccüb doğurmamalıdır. Mən bunu onların növbəti hoqqabazlığı kimi qiymətləndirirəm – buna başqa ad vermək mümkün deyil. İslamın əsas ziyarətgahı Məkkədir, Kəbədir və bu, əsrlərdir ki, qəbul olunmuş haldır ki, Hacı titulu oranı ziyarət edənlərə şamil olunur. Amma dediyim kimi, ayətullahlar yeni absurd qərarları ilə bu məsələyə də "yenilik” gətirməyə çalışırlar. Mən eyni zamanda, İranlı zəvvarların Həcc ziyarətinə maneə yaradılmasını da – belə hal varsa – qətiyyən düzgün saymıram. Həcc ziyarətinə yollanmaq istəyən heç bir müsəslmanın qarşısında sədd yaradılmamalıdır. Lakin Kərbəla ziyarətini Həcc ziyarətinə bərabər tutmaq daha absurd addımdır, hoqqabazlıqdır”.

Qlobal.az