"Fars rejimi tarixdə olduğu kimi indi də müsəlman qanı tökməyə hazırdır" - Ekspert danışır

Mart 28
14:48
2023
Bir neçə gün öncə İran KİV-nin yaydığı məlumata görə, Ermənistan İran PUA-larının uçuşu üçün öz hava məkanını açıb. Məlumata görə, İranın PUA-ları Ermənistanın razılığı ilə Ermənistan ərazisinə daxil olub. SEPAH-ın təbliğatını həyata keçirən KİV-lər eyni zamanda regiondan genişmiqyaslı müharibə ehtimalından da söz açır.
"Ermənistan İran PUA-ları üçün hava məkanını açmış olsa belə burada Azərbaycan üçün heç bir təhdid yoxdur. Çünki Azərbaycan Ermənistanın hava məkanına da, yer əkanına da çoxdandır ki, nəzarət edir”-deyən tarixçi qeyd edib ki, Azərbaycanın bunun üçün hər tərəfli coğrafi və texniki şərait mövcuddur.
Rizvan Hüseynov həmçinin bildirib ki, fars rejimi bütün qanlı toqquşmaları ya müsəlman icmaları ərazilərində, ya da birbaşa müsəlmanlara qarşı həyata keçirib.
"80-cı illərin əvvəllərində qanlı İran-İraq müharibəsində əsas iki tərəf döyüşən müsəlmanlar idi. Faktiki olaraq, İranın elan etdiyi müharibədə milyonlarla müsəlman həlak olub, qaçqın düşüb. İraq dövlətinə böyük zərbə vurulub. İndi də İran proksiləri, SEPAH və s. İraq və Suriya ərazisində qanlı terror aktları törədir, bir sıra müsəlman ölkələri, müsəlman icmalarında bu tipli davranışlar sərgiləyir. Bu günə qədər "husilərdən” Yəməndə istifadə edərək, başqa müsəlman dövləti Səudiyyə Ərəbistanına qarşı silah sursat verərək, husiləri döyüşdürüb”-deyən tarixçi əlavə edib ki, İranın Əfqanıstanla və Pakistanla fars körfəzində olan ərəb dövlətləri ilə, yaxşı olmayan münasibətləri mövcuddur.
Politoloqun fikrincə, İran tək Azərbaycanla deyil, ətrafında olan bütün müsəlman ölkələri ilə ciddi problemləri var. Bu da onu göstərir ki, fars rejimi "müsəlman pərdəsi” altında öz siyasi, milli ideyasını həyata keçirmək üçün müsəlman qanı tökməyə də hazırdır.