SON XƏBƏR

“F-Prestige" MMC-yə məxsus avtomobilin sürücüsü qazinin yolunu kəsib onu söydü: Şirkətin sahibi kimdir? (VİDEO)

Dekabr 06
01:34 2021
Bakıda "AA" seriyalı avtomobilin sürücüsü qazinin yolunu kəsib. Avtomobildəki kameraya düşmüş görüntülər sosial şəbəkədə yayılıb.

Qlobal.az Avtosfer.az-a istinadən xəbər verir ki, 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobilin sürücüsü hava limanı yolunda 110-km saat sürətlə hərəkət edən Nicat adlı qazinin avtomobilini sıxışdıraraq onun qarşısını kəsib. Daha sonra oradan uzaqlaşıb.

Qazinin dostu iddia edir ki, baş verən hadisədən qəzəblənən Nicat etirazını bildirən zaman "AA" seriyalı avtomobilin sürücüsü onu söyərək təhqir edib.

Qeyd edək ki, 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobil "F-Prestige" MMC-yə məxsusdur.
 
Qlobal.az hadisəni törədən 10-AA-794 qeydiyyat nişanlı BMV markalı avtomobilin məxsus olduğu "F-Prestige" şirkəti haqqında maraqlı məlumat əldə edib. 
 
Belə ki, "F-Prestige" MMC-nin sahibi Fardilon Dinar Nasir oğludur. 
 
Fardilon Dinar 2017-ci ildə baş vermiş avtoqəza hadisəsi ilə bağlı mediada gündəmə gəlmişdi. 
 
Yayılan məlumatda Fardilon Nadirin idarə etdiyi "Rango Rover" markalı avtomobillə 2017-ci ilin noyabrın 25-də saat 4 radələrində Nərimanov rayonu ərazisində 40-45 yaşlı Bakı şəhər sakinini vuraraq öldürdüyü yazılırdı.
 
Qlobal.az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook