Əziz Əzizovun Yasamalda tarix terroru: sakinlər prezidentə üz tutdu
Fevral 25
16:15
2019
Bakı şəhəri, Yasamal rayon icra hakimiyyətinin başçısı Əziz Əzizovun tapşırığı sakinlərin narazılığı ilə qarşılanıb. Bu səbəbdən də Çingiz Mustafayev küçəsi ilə Nizami küçəsinin, Azərbaycan prospekti ilə Murtuza Muxtarov küçəsi arasında yerləşən bir çox evlərin sakinləri Azərbaycan Respublikasının Prezidetinə müraciət etmək məcburiyyətində qalıblar.
Reyting.az-ın məlumatına görə, 189 sakinin imzası ilə ölkə başçısına ünvanlanan müraciətdə, icra başçısı Əziz Əzizovun ərazini gəzdikdən sonra həmin ərazidəki evlərin sökülməsinin tezləşdirilməsi üçün görülən işlərə etiraz olunur. Sakinlər yazır ki, evlərimiz "Soveski”dəki evlər kimi gecəqondu deyil. Ərazidə 50-dən çox ev mədəniyyət abidəsidir. Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən həmin evlər dövlət qeydiyyatına götürülüblər və hər birinin inventar nömrəsi var. Sakinlər qeyd edirlər ki, hazırda "Mənzil” MMC-nin əməkdaşları ərazidə torpaq nümunələri götürərək söküntü işlərinin aparılmasına hazırlıq görürlər.
Narazı sakinlər yazır: "Cənab Prezident, Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanımın mədəni irsimizin qorunmasına, milli-mədəni abidələrimizin, milli xörəklərimizin, xalçalarımızın, musiqimizin YUNESKO-da qeydə alınmasına çalışdığınız halda, bəzi icra başçılarının tarixi abidələrimizi məhv etmələri yolverilməzdir.
Müraciət müəllifləri xatırladırlar ki, Ulu öndər Heydər Əliyev 18 aprel 2001-ci il tarixində Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş konfransda bildirib ki, Azərbaycan xalqının tarixi və mədəniyyət abidələrinin mühafizəsinə daha çox diqqət və qayğı göstərməli, bərpa işləri təkmilləşdirilməlidir.
Reyting.az-ın məlumatına görə, 189 sakinin imzası ilə ölkə başçısına ünvanlanan müraciətdə, icra başçısı Əziz Əzizovun ərazini gəzdikdən sonra həmin ərazidəki evlərin sökülməsinin tezləşdirilməsi üçün görülən işlərə etiraz olunur. Sakinlər yazır ki, evlərimiz "Soveski”dəki evlər kimi gecəqondu deyil. Ərazidə 50-dən çox ev mədəniyyət abidəsidir. Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 saylı qərarına əsasən həmin evlər dövlət qeydiyyatına götürülüblər və hər birinin inventar nömrəsi var. Sakinlər qeyd edirlər ki, hazırda "Mənzil” MMC-nin əməkdaşları ərazidə torpaq nümunələri götürərək söküntü işlərinin aparılmasına hazırlıq görürlər.
Narazı sakinlər yazır: "Cənab Prezident, Sizin və Birinci vitse-prezidentimiz Mehriban xanımın mədəni irsimizin qorunmasına, milli-mədəni abidələrimizin, milli xörəklərimizin, xalçalarımızın, musiqimizin YUNESKO-da qeydə alınmasına çalışdığınız halda, bəzi icra başçılarının tarixi abidələrimizi məhv etmələri yolverilməzdir.
Biz demək olar ki, hər gün, əsasən də Bakıda keçirilən Beynəlxalq tədbirlərə qatılan qonaqların küçələrimizdə fotoaparatlarla gəzərək bu qədim binaların fotoşəkillərini çəkdiklərinin şahidi oluruq. Hesab edirik ki, Qədim Bakımızın tarixinin məhv edilməsi, hansısa şirkətin, iş adamının, məmurun maddi maraqları naminə qurban verilməsi tariximizə xəyanətdir. Bütün dünyada tarixi qədim evlər var və qorunub saxlanılır”.
Şikayətçilər yazır ki, dünya tərəqqi etdikcə ətraf mühitə, xüsusilə də memarlıq abidələrinə yeni baxış, münasibət yaranır: "Hər bir memarlıq abidəsi öz varlığında təkcə doğulduğu tarixi deyil, həm də məxsus olduğu dövrün mədəni mühitini, maddi imkanını, yaradıcısının təfəkkür tərzini, düşüncəsini əks etdirir. Memarlıq abidələrinin mühafizəsi həm də maddi və mənəvi həyatımızın güzgüsünü hifz etməklə onu gələcək nəsilə çatdırmaq deməkdir.
Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk.
Eyni zamanda Azərbaycan 2009-cu ildə Memarlıq abidələrinin qorunması haqqında Avropa Konvensiyasına qoşulub.
Ulu öndərimizin davamçısı kimi Sizə müraciət edərək, tarixi abidələrimiz olan memarlıq səlnaməsi sayılan və tarixə memarlıq fonemeni kimi iz salmış Bakının Yasamal rayonu, Çingiz Mustafayev küçəsi ilə Nizami küçəsinin Azərbaycan prospekti ilə M. Muxtarov küçəsi arasında yerləşən 50-ə yaxın yerli əhəmiyyətli daşınmaz tarixi və mədəniyyət abidələri sayılan, turistlərin marağını cəlb edən evlərin sökülməsinə çalışanların qarşısını alasınız. İstəyirik ki, həmin evlərin bərpa edilərək, öz statusunu saxlamasına göstəriş verəsiniz”.
Sakinlər sonda qeyd ediblər ki, Yasamalın icra başçısı Ə. Əzizovun bu binaları hansı səbəbdən yer üzündən silmək istəyini anlamırlar.
Qlobal.Az