Əziz Əzizov Suraxanıda şəhid adı ilə torpaq satır - iddia
Mart 28
08:43
2023
2019-cu ilin dekabrından Suraxanı rayonu rayonuna icra başçısı təyin edilən Əziz Əzizov bu rayonda son 30 ildə görünməyən ilklərə imza atmaqdadır. Rayon sakinlərinin bəxti bu dəfə də gətirmədi ki, o rayona icra başçısı təyin olunan gündən əsas diqqəti problemlərin həllinə, abadlıq işlərinə yox, rayon ərazisinə daxil olan Yeni Suraxanı, Yeni Günəşli, Qaraçuxur, Zığ və Hövsan qəsəbələrində ticarət və kommersiya üçün nəzərdə tutulan yeni obyektlərin inşa edilməsinə yönəldib.
Bu azmış kimi, Prezident Admnistrasiyasında oturan havadarına arxalanan Əzəiz Əzizovun Hövsan qəsəbəsində genişmiqyaslı tikinti işlərinə başladığı məlum olub. Belə ki, cumhuriyyrt.az bildirir ki, hələ Hövsan qəsəbəsi son 30 ildə bu qədər çoxmərtəbəli obyekt tikintisinin şahidi olmayıb. Bu sahədə tikinti işləri elə sürətlə aparılır ki, qəsəbə sakinləri üçün hər yeni gün yağışdan sonra çıxan göbələklər kimi yeni icarəyə verilən obyekti görməli olurlar. Bu iş elə sürətlə və genişmiqyaslı aparılır ki, son 9 ildə Ağ şəhərdə aparılan tikinti işləri onun yanında sönük qalır.
Bu da bir faktdır ki, Əziz Əzizov bu rayona icra başçısı təyin olunmasından qısa müddət sonra təkcə Oqtay Şabanov küçəsində 20-dən çox yeni böyük obyekt inşa edilərək, icarəyə verilmək üçün təhvil verilib.
Yerli sakinləri cumhuriyyet.az-a bildirdiyinə görə, həmin obyektlərin bir çoxu artıq icarəyə verilib, bir çoxu da özünün icarədarını gözləyir. Ən acınacaqlısı və qəsəbə sakinlərini narahat edən isə Oqtay Şabanov küçəsində, köhnə Tural kafesinin (indiki Sərinqala) yerləşdiyi binanın həyətinin zəbt edilməsi olub. Buranı zəbt edilməsinə göz yuman Ə.Əzizov orada hələ sovet dövründn qalan və binanın balaca sakinləri olan uşaqların kiçik futbol meydançasını sataraq orada nəhəng obyekt tikilməsinə şərait yaratması olub. Hazırda uşaqların sevimlisi olan həmin meydançanın yerində böyük bir ticarət obyekti ucalır, obyektin birinci mərtəbəsində "İrşad telekom” və "Araz” supermarketi yerləşir.
Ə.Əzizovun növbəti tikinti əməliyyatı Yeni Günəşli qəsəbəsi AB massivi 50v binanın qarşısında baş verib. Belə ki, 40 ildir burda yaşayan sakinlər binanın qarşısında tikilən obyektlərə görə gün işiğına həsrət qalıblar. Deyilənə görə icra başçısı aparılan tikinti işlərinin şəhid abidəsi ilə bağlı olduğunu deyərək sakinləri aldadıb.
Onu da qeyd edək ki, eyni ərazidə 9 ay öncə eyni binanın qarşısında 3 mərtəbəli obyekt inşa edilib. Bunadan hündürdə tikilən obyekt evləri qaranlığa qərq etmək və havalandırmanın qarşısını almaqla yanaşı kanalizasiya və çirkab sularının da binanın özülünə axıdır. İndi isə baş vermiş qanunsuzluğa etiraz edən sakinlər iş yerlərindən çıxarılmaqla təhdid edilir:
Daha bir maraqlı fakt odur ki, Ə.Əzizov icra başçısı təyin edildikdən bir qədər sonra Abşeron rayonunda torpaq və kommersiya sahəsində maxinator kimi məşhur olan Fuad Cəbrayılovu özünə müavin təyin etməsidir. Bütün bu tikinti işləri də məhz onun müavin təyin edilməsindən sonra geniş vüsət alıb.
Qlobal.az