Əziz Əzizov Pərvin Əliyev "işbirliyi"- büdcədən tikintiyə gedən yol
Avqust 06
06:55
2016
Azərbaycanın ən məhsuldar torpağı olan rayonlarından biri- Cəlilabad
bu gün böhranlı günlərini
yaşayır. Bərəkətli torpağı, zəhmətkeş
insanları olan Cəlilabad sözün
əsl mənasında səfalətin içərisində inildəyir. Cəlilabad bir zamanlar
respublikanın ən imkanlı rayonlarından biri idi. İndi isə RİH-nin başçısı Əziz
Əzizovun qeyri-peşəkar fəaliyyəti nəticəsində bu rayonda sadəcə vəhşət yaşanır.
Əziz Əzizov 10 ildən artıqdır ki, Cəlilabadda RİH-nin başçısıdır.
Bu on il müddətində Əziz Əzizov
cəlilabadlı sahibkaların başına ele oyun açıb ki, əksəriyyəti obyektlərini
dəyər- dəyməzə satıb ölkədən baş götürüb gedib. Ətrafına bir qrup toplayan RİH
başçısı hazırda rayonda ən kiçik ticarət obyektini də öz nəzarəti altına salıb.
Cəlilabadda dövriyyəsindən və kvadratından asılı olaraq hər bir obyekt RİH-nin
başçısına töycü ödəyir. Düzdür bu pulların əksəriyyəti sahibkarlardan müəyyən
adlar altında toplanır, ancaq ən çox rayon sahibkarlardan rayonda aparılan
abadlıq üçün pul yığıldığı deyilir. Bundan başqa redaksiyamıza çatan məlumata
görə, Əziz Əzizov İH-nin nəzdində olan "xeyriyyə fondu”na da sahibkarlardan pul
yığdığı deyilir. Qeyd edək ki, bu fonda sahibkarlarla yanaşı rayonun idarə və
müəssisə rəhbərləri də maliyyə köçürürlər. Ancaq fonda toplanan pulların hara
xərcləndiyi barədə heç o adamlara da hesabat verilmir.
"Kitayski”
alkopanlar sənədlərdə necə "turetski” olur?
Qeyd edək ki, 2 ilə yaxın müdətdə Cəlilabad
rayonunda abadlıq işləri aparılır. Bu abadlıq işləri də birbaşa Əziz Əzizovun
şəxsi biznesini inkişaf etdirir. Burada ciddi maxinasiyaların olduğu deyilir.
Qlobal.az-a verilən məlumata görə, Cəlilabad rayonunda və Alar kəndində bütün
obyektlətin fasadı alkopan örtüyü ilə üzlənib. Bu alkopan materiallarının 1
kvadratının ümumi montajının real qiyməti 33-38 manat arası olsa da Əziz
Əzizovun göstərişi ilə sənədlərdə bu materiallar Türkiyə istehsalı olmağı
göstərilməklə yanaşı 80-90 manata rəsmiləşdirilib.
Başçının
"lesa”larını oğurlayıblar?
Redaksiyamıza verilən məlumata görə,
bundan əlavə olaraq rayonda görülən bu işlərin ümumi həcmi fantastik dərəcədə
şişirdilib. Məsələnin ən maraqlı tərəfi isə rayondakı obyektlərin fasadları
zamanı istifadə olunan bütün "lesa”ların (dəmir ayaqaltılar) Əziz Əzizova
məxsus olduğu deyilir. Əziz Əzizovun şəxsi mülkiyyətində olan bu "lesa”lar
abadlıq işlərinin aparılması üçün Cəlilabad RİH-nə kirayəyə verilibdir. Hətta
məlumatda deyilir ki, ötən il "lesa”larının müəyyən hissəsinin ustalar tərəfindən
oğurlandığından şübhələnən RİH-nin başçısı özü yaxın "əyan-əşrəfi” ilə rayonun
küçələrini gəzərək "lesa”larını axtarırmış.
Qeyd edək ki, on illik fəaliyyəti
dövründə Əziz Əzizov Cəlilabadda özünə bir neçə obyekt tikdirib. Topdansatış
mərkəzlərinə sahib olan başçı idarə və müəssisələri öz obyektindən alver etməyə
məcbur edir. Bundan başqa Cəlilabadda fəaliyyət göstərən "Ülvi” şadlıq evinin
də Əziz Əzizova məxsus olduğu deyilir. Rayonun rəhbər vəzifələri şəxsləri isə
övladlarına bu şadlıq evində toy edərək başçının xoşuna gəlməyə çalışırlar.Qlobal.az-ın əldə etdiyi məlumata görə,
Cəlilabad sahibkarlarının böyük əksəriyyəti Əziz Əzizovun abadlıq "siyasət”inə
qurban gedərək böyük məbləğlərdə banklardan kredit götürüblər. İndi
kreditlərini ödəyə bilməyən sahibkarlar sürətlə müflisləşirlər. Cəlilabad
gənclərinin əksəriyyəti bir tikə çörək ucbatından Rusiyanın ən uzaq
nöqtələrinədək səpələniblər. Əziz əzizovla bağlı bütün bunlardan əlavə olaraq
redaksiyamıza sensasiya sayılacaq bir məlumat da daxil olub.
Məlumatda deyilir ki, rayon əhalisinin mütləq əksəriyyətinin dini inancı islam dini- şiə məzhəbi
olmağına baxmayaraq son zamanlar rayonda saqqallı şəxslərin- vəhhabilərin sayı
durmadan artır. Cəmiyyətin ənənəvi baxışlarına fərqli və təhqiramiz münasibət
sərgiləyən bu şəxslərə qarşı rayon rəhbərliyi heç bir profilaktik addımlar atmır. Əziz
Əzizovun şərikli tikinti biznesi
Qlobal.az-a daxil olan digər ilginc
məlumata görə Cəlilabad RİH-nin başçısı Əziz Əzizov paytaxt Başı şəhərində də
tikinti biznesi ilə məşğul olur. Belə ki, iddiaya görə Əziz Əzizov
tikinti sektoruna sərmayəni yaxın qohumu (bibisi oğlu) Pərvin Əliyevin
əli ilə yatırıb. Ötən ilə kimi "AAAF İnşaat” MMC-nin direktoru vəzifəsində
işləyən Pərvin Əliyev deyilənə görə, dayısı oğlu olan Əziz Əzizovun külli
miqdarda vəsaitini burada daşınmaz əmlaka çevirə bilib. Radikal dini təriqət
üzvləri ilə əlaqəsi olduğu deyilən (bu barədə ötən il yerli mətbuatda kifayət
qədər yazılıb) Pərvin Əliyev sonradan "AAAF İnşaat” MMC-nin direktoru
vəzifəsindən uzaqlaşdırıldı. Ancaq bununla belə adıçəkilən kompleksdə Pərvin
Əliyevlə Əziz Əzizovun xeyli şərikli daşınmaz əmlakları var. Bunların
içərisində ən qiymətli olanı isə "AAAF Park”ın girişində fəaliyyət göstərən
"makromart” univermağıdır.
Pərvin
Əliyev Əziz Əzizovun "qisas"ını necə aldı?
Məlumata görə Pərvin Əliyev "AAAF
İnşaat” MMC-yə direktor təyin olunandan sonra kompleksdə aparılan tikinti
işlərində çalışan əslən Cəlilabad rayonundan olan usta və fəhlələri fərqli
bəhanələrlə işdən çıxarmağa başlayıb. Müəyyən bəhanələrlə işlərindən
kənarlaşdırılan usta və fəhlələr işdən uzaqlaşdırılmaqlarının səbəbini
soruşduqda isə Pərvin Əliyev onlara Cəlilabad camaatının RİH-nin başçısı olan
dayısı oğlu Əziz Əzizovdan yuxarı instansiyalara etdikləri çoxsaylı şikayətlərə
görə qisas aldığını bildirmişdir.
Qeyd edək ki, Pərvin Əliyevin
əvvəllər hüquq- mühafizə orqanlarında çalışdığı deyilir.
Qlobal.az



