SON XƏBƏR

Çexiyalı alimlər cənub bölgəsində tədqiqat işləri aparırlar

İyul 01
08:53 2016
Bakı Dövlət Universiteti və Çexiyanin Karl Universiteti arasında bağlanmış müqaviləyə əsasən çexiyalı müəllim və tələbələr Azərbaycanın cənub bölgəsində tədqiqat işlərinə başlayıblar.
 
AZƏRTAC xəbər verir ki, bölgənin çay və göllərində yaşayan balıqlar, həmçinin meşə ərazilərində olan zərərvericilər aparılan elmi-tədqiqat işlərinin əsas mövzusudur.
 
Ali məktəblər arasında 40 ildən çoxdur ki, davam edən əməkdaşlıq hər iki ölkə tələbələrinin qarşılıqlı elmi-tədqiqat işləri aparmasına xidmət edir.
Çexiyadan olan qrupun rəhbəri Miroslav Şvatora bildirib ki, universitetin əməkdaşları Lerik və Lənkəran rayonlarının ərazisindən axan çaylarda balıq tutaraq onlardan nümunələr götürəcək və laboratoriyalarda analiz edəcəklər.
 
Çexiyalı qonaqlar, həmçinin təhlükəli həşəratları və məməlilər cinsindən olan gəmiriciləri də ovlayacaq, onlardan nümunələr götürərək çalışdıqları universitetdə analizlər aparacaqlar.
 
Onların sözlərinə görə, ağcaqanada oxşayan və təhlükəli xəstəlik törədən həşəratlar Azərbaycan, Gürcüstan, Özbəkistan və Orta Asiya ölkələrində geniş yayılıblar.
 
Praqanın Karl Universitetinin müəllimi Miroslav Şvatora deyib: "Biz zərərli həşəratları və gəmiriciləri ona görə tuturuq ki, tədqiqatçılarımız onların üzərində analiz aparsınlar. Alınan nəticələrə əsasən hansı elmi işlərin görüləcəyi məlum olacaq.”
 
O qeyd edib ki, bu il Bakı Dövlət Universitetinin tələbələri 10 ay müddətində Praqada olacaq və onların çalışdığı ali təhsil ocağında ağcaqanadlar üzərində təcrübə aparılacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook