"Əvvəllər hakimiyyət imitasiya edərdi, indi isə müxalifət..." - Sahib Kərimli
Sentyabr 01
11:43
2016
Sahib Kərimli
Referendum, balanslı xarici siyasət dedikləri fəaliyyətlərdən əldə etdikləri bacarıqlar sayəsində həyata keçirilir. Hətta Qərbin strukturlarını açıq-aşkar prosesə qoşublar, diplomatlarından da icraçı kimi istifadə edirlər.
Müsavat və REAL-ın təşviqat qrupu kimi qeydə alınmasının qarşısı alındı. Açıq-aydın görünür ki, Qərbin razılığı alınıb. Avropa Parlamentindəki deyinmələr, ölkədəki diplomatların müxalifətə təziyə ziyarətləri göz pərdələməkdir.
Mitinqlərə icazə verilməyəcək. Hakimiyyətə, dünyanın düz-əməlli vaxtlarında icazəli mitinqə yeri ayırması üçün, icazəsiz mitinqlər keçirməli olurduq. İndi belə bir potensial yoxdur. Heç belə lider və təşkilat da yoxdur.
11 sentyabr mitinqinə icazə verməyəcəklər, ayın üçüncü ongünlüyünə yenisi təyin olunacaq və gözlənilən sonluq.
Milli Şura üzvü kimi fikirlərimi ifadə etməyə imkan tapmadım. Konstitusiyası dəyişdirilən ölkənin əsas müxalif mərkəzi iddiasında olan Milli Şuranın sessiyası toplanmadı. Maraqlı deyilmi? Mitinqlə bağlı qərar KM də verilib. Tamamən prosesi yola vermək üçün verilmiş qərardır. İcazə verilməyəcəyi ehtimalı böyük olduğuna görə, 11 sentyabra təyin edilmiş mitinqlə paralel şəhərin mərkəzi küçələrinə icazəsiz aksiya təyin edilməli idi. Təbliğat da belə aparılmalı idi ki, ya "Məhsulda" icazəli aksiya, ya da məsələn "Tarqovı" da etiraz. Daha effektiv olmazdımı? Hakimiyyət ağır sosial problemlər məngənəsində olan əhaliinin aksiyalara dəstək verə biləcəyindən ehtiyatlanır. Riskləri azaltmaq üçün "Məhsul"da icazəli mitinqlə razılaşmaq ehtimalı böyük olardı.

Qabaqlar Azərbaycanda hakimiyyət demokratiyanı və siyasəti imitasiya edərdi, müxalifət mübarizə aparardı, xalq bir tikə çörəyini tapıb şükür edərdi. İndi isə, hakimiyyət siyasəti qadağan edib, müxalifət imitasiya edib bir tikə çörəyini qazanır, xalq isə acından üsyan eləmək istəyir.
Qeyd: Yazı müəllifin facebook səhifəsindən əldə olunub.
Qlobal.az