SON XƏBƏR

Evsiz “xəbərçiyə” 100 min dollar mükafat

Mart 16
16:41 2016
"The Guardian” yazır ki, San Francisco-dan olan evsiz Matthew Hay-Chapman ABŞ-ın Kaliforniya ştatındakı həbsxanadan qaçan iki nəfərin maşın oğurladığını polisə xəbər verdikdən sonra qaçaqları həbs ediblər.
 
Bu hərəkətinə görə yerli icra hakimiyyəti ona 150 min dollarlıq mükafatın 100 min dollarını verib. Qalan 50 min dollar "Target” mağazasının iki işçisinə və oğurlanmış maşının sahibinə çatıb.
 
Xəbər verilir ki, Hossein Nayeri, Jonathan Tieu və Bac Duong adlı üç məhbus Santa Anadakı Mərkəzi Kişi Həbsxanasından qaçmışdılar.
 
Polis onları artıq bir neçə gün idi ki, axtarırdı. Hay-Chapman Nayeri və Tieu-nü yanvarın 28-də San Franciscoda görmüş və oğurlanmış GMC markalı örtülü yük maşınını tanımışdı. O məhbusları polislərə göstərib və qaçaqlar həbs olunublar.
 
Üçüncü məhbus – Bac Duong bir gün əvvəl özünü polisə təslim etmişdi. Rəsmilər bildiriblər ki, oğurlanmış maşının sahibinə 20 min dollar çatacaq.
 
"Target” mağazasının işçilərinin hər birinə 15 min dollar mükafat düşüb. Onlar öz mağazalarının təhlükəszilik kamerasında qaçaqlardan ikisini görmüş və polisə xəbər vermişdilər. Oğurlanmış maşını idarə edən sürücü qaçaqlar tərəfindən bir həftə girov saxlansa da ona mükafat çatmayıb. (BBC azeri)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook