SON XƏBƏR

“Evrascon”un rəhbərinin sürücülük hüququ məhdudlaşdırılır – Şirkəti böyük məbləğdə cərimə gözləyir

Fevral 16
11:47 2024
"Avro-Asiya İnşaat Korporasiyası – Evrascon” Açıq Səhmdar Cəmiyyəti (ASC) barəsində protokol tərtib edilib.

Qaynarinfo-nun məlumatına görə, bu protokol İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci (ionlaşdırıcı şüa mənbələri ilə iş zamanı radiasiya təhlükəsizliyinin təmin edilməməsi) maddəsi ilə tərtib edilib.

İnzibati Xətalar Məcəlləsinin 268.0.1-ci maddəsinə əsasən, fiziki şəxslər 700 manatdan 1000 manatadək, vəzifəli şəxslər 2500 manatdan 3500 manatadək, hüquqi şəxslər 12000 manatdan 15000 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rauf Daşdəmirovun icraatındadır.

Qeyd edək ki, ASC baş nazirin keçmiş müavini Abid Şərifovun şirkəti kimi tanınır. Şirkətin qanuni təmsilçisi isə İsmiyev Həmzət İsmayıl-Əfəndiyeviçdir.

Yeri gəlmişkən Həmzət İsmiyevə İnzibati Xətalar Məcəlləsinin 529.3-cu maddəsi ilə protokol tərtib edilib. Bu maddəyə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququ 6 aydan 1 ilədək müddətə məhdudlaşdırılır.

Bu iş də Yasamal Rayon Məhkəməsinin icraatındadır.

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook