Evin tək oğlu olan şəhid əsgərin başdaşı və qırxına pul tapılmır
Yanvar 21
16:52
2016
Ötən il dekabrın 16-da cəbhənin Tərtər istiqamətindəki döyüşlərdə şəhid olmuş əsgər Rəşad Əlyar oğlu Cəfərzadənin 40 mərasimi yaxınlaşır. 21 yaşında şəhid olan Rəşad başsız bir ailənin tək oğlan övladıydı. Və onun ölümü bir nəslin varlığına son qoydu. Yanvarın 24-də şəhidə qırx mərasimi veriləcək. Rəşad Cəfərzadəni ana əvəzi – xalası, yeganə bacısı, ata əvəzi-dayısı torpağa tapşırmışdılar.
Hər iki valideynini hələ körpə ikən itirən Rəşad və bacısını xalası və dayısı çox böyük çətinliklə boya-başa çatdırmışdılar.
Məcburi köçkünlük və yetimçiliklə böyümüş, 21 yaşında isə şəhid olmuş əsgərimizin yaxınları onun məzarı üçün başdaşı hazırlanmasına və qırx mərasiminin verilməsinə maddi vəsait tapa bilmirlər.
Bu barədə Modern.az saytına şəhidin ata əvəzi-dayısı Mahir Pənahov məlumat verib.
Qlobal.az



