Əvəz Zeynallı və vəkili DTX-nin təcridxanasına aparılıb
Sentyabr 12
11:14
2022
Sentyabrın 10-da saxlanılan jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasında aparılıb.
Bu barədə haqqin.az-a Elçin Sadıqovun vəkili Bəxtiyar Hacıyev məlumat verib.
B.Hacıyev qeyd edir ki, Ə.Zeynallı və E.Sadıqov Baş Prokurorluq tərəfindən saxlanılsa da, məhkəmədən sonra onlar birbaşa DTX-nin İstintaq Təcridxanasına aparılıblar.