Əvəz Zeynallı saxlanılıb, vəkil Elçin Sadıqovun evində axtarış aparılır
Sentyabr 10
17:02
2022
"Xural" internet televiziyasının rəhbəri, tanınmış jurnalist Əvəz Zeynallı prokurorluq əməkdaşları tərəfindən saxlanıb.
"AzPolitika.info" xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd olunur ki, jurnalist Cinayət Məcəlləsinin 311-ci (passiv rüşvətxorluq) maddəsi ilə ittiham olunur. Hazırda adıçəkilən internet kanalın ofisində axtarış aparılır.
Elçin Sadıqovun həyat yoldaşı, vəkil Zibeydə Sadıqova da prokurorluqdan ona evlərində axtarış aparılacağına dair xəbər verildiyini qeyd edib.
Qeyd edək ki, Elçin Sadıqov Rasim Məmmədovun vəkilidir.



