Ev dustaqlığına buraxılan sabiq icra başçısı yenidən həbs olundu
Sentyabr 30
22:58
2021
Bu gün Yevlax şəhər İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun məhkəməsi keçirilib.
Qlobal.az unikal.org-a istinadən xəbər verir ki, sabiq icra başçısı Şəki Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxarılıb. Məhkəmə bir müddət öncə ev dustaqlığına buraxılan Q. Səmədovun bu iltizamını ləğv edib. Onun barəsində 7 il müddətinə həbs qərarı verilib. Q. Səmədov yenidən həbsxanaya qaytarılıb.
Qeyd edək ki, Q.Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib. Bir müddət öncə onun barəsində olan həbs qətimkan tədbiri səhhəti ilə əlaqədar dəyişdrilib,barəsində başqa yerə getməmək barədə iltizam tədbiri seçilib.