"Eurohome"da yoxlama: Azay Möhnətovun bazarı bağlanır...

Sentyabr 11
19:55
2025
"Eurohome” inşaat bazarında yanğın təhlükəsizliyi ilə bağlı yoxlamalar aparılıb.
Məlumata görə, yoxlamalar "Sədərək” Ticarət Mərkəzindəki yanğından sonraya təsadüf edib. Yoxlamaların nəticələri məlum deyil.
"Eurohome”un adının çəkilməsini istəməyən icarədarlarından biri saytımıza bildirib ki, bazarda yanğın təhlükəsizliyi standartlara uyğun deyil. Bu, 2019-cu ildə bazarda baş verən yanğın zamanı aydın olub. Mənbənin sözlərinə görə, həmin vaxtdan bu yana demək olar ki, heç nə dəyişməyib.
Xatırladaq ki, 2019-cu ildə "Eurohome” bazarında güclü yanğın baş verib. Həmin vaxt yayılan məlumatlarda deyilirdi ki, bazarın təxminən 5 hektarlıq ərazisinin 2 hektarı yanıb. Bazarda çalışanlara külli miqdarda ziyan dəyib.
Yeri gəlmişkən, həmin vaxt zərər çəkən icarədarlardan bəziləri hələ də kompensasiya ala bilməyib.
Qlobal.az
Qaynarinfo-ya daxil olan məlumatda bildirilir ki, yoxlamaları Binəqədi Rayon İcra Hakimiyyəti, daha sonra isə Fövqəladə Hallar Nazirliyi aparıb.