Eto`O Kamerun prezidenti olmaq istəyir
Aprel 02
14:53
2018
Kamerun millisinin sabiq üzvü Samuel Eto`O ölkə prezidenti olmaq istəyir.
Qol.az-ın məlumatına görə, 37 yaşlı hücumçu Fransa mətbuatına açıqlamasında gələn il Kamerunda keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirib.
"Kamerun prezidenti olmaq xəyalım Yuli Sezarın Romaya başçılıq arzusu ilə eynidir. Bu işdə bir əngəl görmürəm. 11 nazir və 7 baş katibdən ibarət hökumət kabineti qurmağı planlaşdırıram” – deyə Eto`O bildirib.
Qeyd edək ki, hazırda "Konyaspor”da oynayan Eto`O karyerası ərzində "Real", "Barselona", "İnter" və "Çelsi" kimi klublarda da çıxış edib.