Etibar Pirverdiyevin şirkəti sahibkarın 184 min manat pulunu vermir - Video
Fevral 02
11:04
2021
"AZENCO”ASC mingəçevirli sahibkara borclu olduğu 184 min manat pulu vermir.
Əldə etdiyimiz məlumata görə, Prezidentin işdən qovduğu sabiq "Azərenerji” rəshbəri Etibar Priverdiyevə məxsus olan "AZENCO”ASC-yə himayədarlıq edən, onalara Müdafiə Nazirliyinin dövlət sifarişlərini təşkil edən isə bu günlərdə vəzifəsindən azad olunan qalmaqallı general Nəciməddin Sadıkovdur. İddialara görə adı xəyanətlərdə hallanan və müəmmalı şəkildə Moskvaya gedən Nəciməddin Sadıkovla Etibar Priverdiyev qudadırlar.
Daha ətraflı "Azərbaycan Güzgüsü” proqrmaında.Həmin verlişin videosunu təqdim edirik:
Qeyd edək ki, ötən həftə "AZENCO” ASC-nin elektron poçtuna mövcud problemlə bağlı rəsmi məktub göndərmişik.Ancaq hələ ki, cavab yoxdur. Eyni zamanda qurumun idarə heyətinin sədri Faiq Ağayevə dəfələrlə zəng etsək də dəstəyi qaldıran olmayıb. İdarə heyətinin sədr müavini Vüqar Əliyev isə saytımıza açıqlmasında bildirib ki, məsələ araşdırılacaq və rəsmi cavab veriləcək.