Etibar Əliyev "Texnikabank"ı rəsmən qaytardı
Yanvar 13
15:06
2016
"Texnikabank” ASC-nin səhmdarlarının strukturunda dəyişikliklər baş verib. Qaynar.info-nun Banka istinadən verdiyi xəbərə görə, hazırda Bankın səhmdarları Müşahidə Şurasının sədri Etibar Mahmud oğlu Əliyev (87,06%), Allahverdi Huseyn oğlu Dəmirov (4,90%) və Mirfalax Cabbar oğlu Cabbarovdur (8,04%).
Qeyd edək ki, Bankın nizamnamə kapitalı 75,1 mln. manat təşkil edir.
Bundan əvvəl isə səhmlər "Beaufort Investissements S.A.” şirkəti (78,4421%) və fiziki şəxslər (21,5579%) olub.
Xatırladaq ki, bir neçə il əvvəl bankın Müşahidə Şurasının sədri E. Əliyev MTN tərəfindən həbs edilmişdi. Ardınca isə nazir Eldar Mahmudov bankı qudası Cahangir Hacıyevə vermiş və adı dəyişdirilərək "Bank Technique" adlandırılmışdı. C. Hacıyevin qısamüddətli rəhbərliyi vaxtında isə bank defolt vəziyyətə düşdü.
Qaynar.info