SON XƏBƏR

Estoniyanın dövlət radiosunda Xocalı soyqırımından danışılıb

Fevral 18
18:32 2016
Estoniyanın dövlət radiosunun R4 dalğalarında "Ocaq” verilişinin növbəti buraxılışı Xocalı soyqırımı ilə bağlı olub. Qaboy ustası Kamil Cəlilovun ifasında "Bayatı-Şiraz” muğamı ilə başlayan verilişdə aparıcı Sənəm Əliyeva Xocalı soyqırımının Qarabağ müharibəsinin ən dəhşətli səhifəsi olduğunu deyib və faciə haqqında məlumat verib. O, Xocalı soyqırımının 24-cü ildönümü ərəfəsində günahsız qurbanları yad edərək, bütün dinləyiciləri bir daha baş verməməsi üçün belə faciələri unutmamağa çağırıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook