SON XƏBƏR

Estoniya prezidenti Putinin çıxışı haqda: “Yəqin Stalin qəbrində gülümsəyir”

Fevral 23
01:06 2023
Putinin fevralın 21-də Federal Məclisdəki çıxışı hər kəsə açıq siqnaldır ki, Kremlin ilkin məqsədləri dəyişməyib və onlar "uzaq müddətli oynamağa” hazırdırlar.

Qaynarinfo "Avaropa həqiqət”inə istinadla xəbər verir ki, Estoniya prezidenti Alar Karis belə hesab edir. O, bu barədə öz "Twitter” səhifəsində yazıb.

"Əgər kimsə Rusiyanın qısa müddətdə sülhün bərpasında maraqlı olduğunu düşünürdüsə - bir daha düşünsün. Bugünkü nitq bunu çox aydın göstərir: Moskvanın məqsədləri dəyişməyib. Onlar Qərblə uzun və düşməncəsinə qarşıdurmaya hazırdırlar və hər hansı daxili narazılığa dözmək fikrində deyillər. Stalin yəqin ki, indi qəbrində gülümsəyir”, - Alar Karis yazıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook