Əsgərlər üçün təhsil almaq imkanı yaradılıb - Azərbaycan Ordusunda ilk

Aprel 19
06:37
2025
Müdafiə Nazirliyinin tabeliyində olan Milli Müdafiə Universiteti valideynlərə və hazırda xidmətdə olan əsgərlərə müraciət edib.
Müraciətdə bildirilib ki, ilk dəfə olaraq Azərbaycan Ordusunda müddətli həqiqi hərbi xidmət keçən şəxslər üçün təhsil almaq imkanı yaradılıb.
İkiillik təhsil müddətində kursantlar Hərbi Kolleclərdə 9 peşə, 27 hərbi ixtisas üzrə təhsil alırlar.
İmtiyazlar:
Təhsil müddətində -
- əşya, ərzaq, tibbi sığorta, yaşayış yeri (yataqxana) təminatı;
- kursanta və onun ailə üzvlərinə ödənilən birdəfəlik və aylıq ödəmələr;
- dövlət hesabına xaricdə təhsil imkanı.
- gizir hərbi rütbəsinin verilməsi;
- xidməti mənzil və ya müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün pul kompensasiyasının təmin edilməsi;
- il ərzində birdəfəlik verilən maddi yardım, növbəti məzuniyyətə çıxarkən əlavə pul təminatı, qüsursuz hərbi xidməti nəzərə alınmaqla əsas vəzifə və rütbə maaşının iki misli həcmində birdəfəlik pul mükafatı;
- özü və ailə üzvləri üçün güzəştli tibbi təminat;
- Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etdikdə dövlət vəsaiti hesabına mənzillə təmin olunması;
- karyerada davamlı yüksəliş.