Əsgər Fərhadinin Oskar nitqi – MƏTN
Fevral 28
11:11
2017
Dünya şöhrətli iranlı rejissor Əsgər Fərhadi ikinci dəfə Oskar mükafatını qazanmaqla adını Federiko Fellini, Ernest İnqmar Berqman və Vittoio De Sikanın adları sırasına yazdırdı. O, xarici film nominasiyası üzrə iki dəfə Oskar mükafatını qazanan üç rejissor arasında yeganə müsəlman rejissordur.
Qlobal.az
Onun "Satıcı” filmi təqdim olunan nominasiya üzrə bütün rəqiblərini geridə qoyaraq, ona film sahəsində ən ali mükafat təkrar qazandırdı. Lakin iranlı rejissor özü istisna edilsə belə, Amerika Birləşmiş Ştatlarının prezidenti Donal Trampın müsəlmanların ABŞ-a girişini qadağan edən qanuna etiraz əlaməti olaraq mərasimə qatılmayıb. Mükafatı Fərhadinin mərasimdəki nümayəndələri məşhur iranlı kosmonavt Ənuşe Ənsari və NASA-nın iranəslli alimi Firuz Maykl Nadiriyə təqdim edilib. İlk Oskar mükafatını 2012-ci ildə "Ayrılıq” filmilə qazanan Əsgər Fərhadinin çıxışını həmyerlisi Ənuşe Ənsarı səsləndirib. Əsgər Fərhadinin çıxış mətnini təqdim edirik.
"Bu dəyərli mükafatı ikinci dəfə almağım böyük iftixardır. Mən Akademiya üzvlərinə, filmin yaradıcı heyətinə, tərtibçi Aleksandr Male Giyə, yayımçılar "Kohen Media”ya və "Amazon”a dərin təşəkkürlərimi bildirirəm. Həmçinin xarici film nominasiyası üzrə yarışan digər namizədlərə də dəstəyə görə minnətdaram. Təəssüf edirəm ki, bu gün sizinlə birgə deyiləm. Mən öz xalqıma və Amerikaya girişinə qeyri-insani qanunlarla qadağa qoyulmuş digər altı ölkənin mühacirlərinə görə mərasimə gəlmədim.
Dünyamızın radikal siyasətçiləri tərəfindən "biz” və "bizə düşmən olanlar” kateqoriyasına bölünməsi qorxuya səbəb olur. Bu qorxu zorakılıqlar və müharibələr üçün yalançı bəhanədir. Müharibələr həmişə işğala məruz qalan ölkələrdə demokratiya və insan haqlarının bərpasına böyük bir maneə olub. Kinematoqraflar kameraların obyektivini ortaq insani dəyərlərə çevirməklə müxtəlif millətlərin, din və məzhəblər yaratdığı stereotipləri sındıra, onun ardınca dünya xalqlarının həmrəyliyini təmin edə bilərlər. Bizim bu gün mərhəmətə, dərdlərimizi bölüşməyə hər zamankından daha çox ehtiyacımız var”.
Mənbə: Artkaspi.az
Qlobal.az