Əsəd silahı yerə qoydu
Fevral 23
19:13
2016
Suriya ABŞ və Rusiya arasında hazırlanan atəşkəs rejimi planın şərtlərinə riayət etməyə razılıq verib.
AzVision.az SANA agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bu arada rəsmi Dəməşq Suriya vətəndaşları və ya Suriya hərbçilərinə qarşı hər hansı bir razılaşma şərti pozulduğu təqdirdə buna adekvat cavab verəcəyini bildirib.
Qeyd edək ki, bu gün Rusiya və ABŞ Suriyada atəşkəs rejiminə dair saziş layihəsini imzalayıblar. Atəşkəs rejimi fevralın 27-dən qüvvəyə minəcək. Hərbi fəaliyyət tamamilə dayandırılmayacaq.
Atəşkəs haqqında saziş İŞİD və Əl-Qaidə-nin Suriya filialı olan Cebhat-ən-Nüsra terror təşkilatlarına şamil olunmur.



