SON XƏBƏR

Əsəd Rusiyanın Suriyadakı hərbi varlığını genişləndirməyə çağırdı

Mart 16
10:57 2023
Suriya prezidenti Bəşər Əsəd "RİA Novosti"yə müsahibəsində Rusiyanın Suriyadakı hərbi mövcudluğunun genişləndirilməsini "yaxşı ideya” adlandırıb.

Qaynarinfo bu barədə "Rosbalt"a istinadla xəbər verir.

Onun sözlərinə görə, "Rusiyanın bazalarını genişləndirmək və ya onların sayını artırmaq istəyi varsa, bu, texniki və ya logistik xarakterli məsələdir”. Bundan əlavə, Əsəd "təhlükələrin effektiv qarşısının alınmasını” təmin etmək üçün Rusiya hərbi bazalarının müasir silahlarla təchiz edilməsini də müdafiə edib.

Eyni zamanda, Əsəd vurğulayıb ki, prezident Vladimir Putinlə bir gün əvvəl baş tutan danışıqlarda Rusiya bazalarının hərbi aspekti müzakirə olunmayıb, lakin tərəflər hərbi əməkdaşlıq məsələsinə toxunublar.

Moskvada rəsmi səfərdə olan Əsədin prezident Putinlə danışıqları üç saat davam edib. Eyni zamanda, Moskvada Rusiya və Suriyanın müdafiə nazirləri Sergey Şoyqu və Əli Mahmud Abbas, həmçinin iki ölkənin xarici işlər nazirləri Sergey Lavrov və Faysal Mikdad arasında da danışıqlar aparılıb. Səfər zamanı Əsəd Rusiyanın Ukraynadakı hərbi əməliyyatını dəstəkləyib və Suriyanın Rusiyanın yeni sərhədlərini tanıyacağını bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook