SON XƏBƏR

Əsəd rejimi Türkiyənin İdlibdəki mərkəzini vurdu

Aprel 02
09:42 2018
Suriya prezidenti Əsədə bağlı olan hava qüvvələri Türkiyənin qaçqınlar üçün qurduğu müvəqqəti sığınma mərkəzini bombalayıb

Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, bombalama Suriyanın  Doğu Qutadakı mühasirədən çıxarılaraq 1000-ə yaxın insanın yerləşdirildiyi İdlibin Eriha bölgəsində baş verib.

Bu barədə həmin sığnma mərkəzini quran Dəyanət Vakfı belə bir rəsmi açıqlama yayıb: "Doğu Qutalı ailələrin yerləşdirildiyi İdlibin Eriha bölgəsində minə yaxın insanın qaldığı müvəqqəti sığınma mərkəzimiz rejimə bağlı qırıcılar tərəfindən vuruldu".

Hələlik hadisəyə rəsmi Ankaradan reaksiya verilməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook