"Əsəd elə Moskvada qalsın, Suriya xalqı da dincəlsin"- Davudoglu
Oktyabr 22
10:02
2015
«Bəşər Əsəd elə Moskvada qalsın, Suriya xalqının da canı dinсəlsin».
Bu sözləri Türkiyə baş naziri Əhməd Davudoğlu Suriya lideri Bəşər Əsədin Moskva səfərini şərh edərkən deyib.
Davudoğlu hesab edir ki, Əsədin Suriyaya qayıtmaması bu ölkədə hakimiyyət dəyişikliyini də sürətləndirər: «Suriyanın Əsədin gedişini təmin edən keçid prosesinə ehtiyacı var. Suriya hökuməti öz legitimliyini itirib. Bəşər Əsəd hakimiyyətdən getməlidir. Türkiyə yalnız Suriya xalqının dəstəklədiyi keçid prosesini dəstəkləyəcək»



