SON XƏBƏR

Ərzaq oğurluğu ilə bağlı Səhiyyə nazirliyindən gülünc AÇIQLAMA

May 03
13:58 2018
Səhiyyə Nazirliyi sosial şəbəkədə Bakı Şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr Evi ilə bağlı yayılan görüntüyə münasibət bildirib.

Qlobal.az APA-ya istinadən xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, məsələ ilə bağlı araşdırma aparılıb.

"Araşdırma nəticəsində məlum olub ki, video görüntülər təhrif olunmuş şəkildə ictimaiyyətə təqdim olunub. Videoda açıq-aydın görünür ki, körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezləri isə dəyişdirilməsi üçün körpələr evindən aparılıb", - deyə S. Əhmədova qeyd edib.
 
***
Qlobal.az 1 saylı körpələr evindən ərzaqların oğurlanması ilə bağlı sosial şəbəkələrdə yayılan fərqli videoları təqdim edir:
 


Qeyd edək ki, videoların müəllifi müğənni Rəqsanənin qızı Aysundur.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook