SON XƏBƏR

Ermənistanla Gürcüstan arasındakı “Sadaxlı” sərhəd-buraxılış məntəqəsi işini dayandırıb

May 27
05:45 2024
Ermənistanda əlverişsiz hava şəraiti ilə əlaqədar Gürcüstan-Ermənistan sərhədindəki "Sadaxlı” keçid məntəqəsi fəaliyyətini dayandırıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.

Qeyd olunub ki, çayın daşması nəticəsində iki ölkəni birləşdirən yol zədələnib, Ermənistan tərəfdəki Baqrataşen keçid məntəqəsinin də işi dayandırılıb.

Hazırda yük maşınları "Ninotsminda” və "Ququti” keçid məntəqələrinə yönləndirilir.

Xatırladaq ki, Ermənistanın şimalında baş verən daşqın nəticəsində üç nəfər ölüb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook