Ermənistanın təxribatının qarşısını alarkən yaralanan əsgər əməliyyat olunub
Avqust 02
15:44
2019
İyulin 31-də Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatının qarşısının alınması zamanı yaralanan hərbi qulluqçu üzərində avqust ayının 1-də aparılan cərrahiyyə əməliyyatı uğurla başa çatıb.

General-leytenant Ə.Xəlilov hərbi hospitalda hərbi qulluqçunun valideynləri ilə görüşüb, övladlarını dövlətə sədaqət, vətənpərvərlik və düşmənə nifrət ruhunda tərbiyə etdiklərinə görə Dövlət Sərhəd Xidmətinin rəhbərliyi adından təşəkkürünü bildirib, oğullarının tezliklə sağalması üçün bütün lazımi tədbirlərin görüləcəyinə onları əmin edib.



