SON XƏBƏR

Ermənistanın son döyüşdə məhv edilən qadın hərbçiləri ( FOTO)

Sentyabr 19
09:39 2022
Ermənistan son döyüşlərdə məhv edilmiş qadın hərbçilərinin adlarını açıqlayıb

Sentyabrın 12-də və 13-ə keçən gecə Azərbaycana qarşı son təxribatı zamanı Ermənistanın 4 qadın hərbçisi məhv edilib.

Qaynarinfo bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumatı Ermənistanın Müdafiə Nazirliyi də təsdiqləyib.

Qeyd edilir ki, sentyabrın 13-də baş verən hərbi əməliyyatlar zamanı qadın hərbi qulluqçular və polislər - Susanna Qriqoryan, Anuş Apetyan, Alisa Melkonyan, İrina Qasparyan məhv ediliblər.

Qeyd edək ki, Alisa Melkonyan aprel döyüşlərində məhv edilmiş Qaqik Melkonyanın bacısıdır.
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook