"Ermənistanı son 30 ildə 1,5 milyon vətəndaş tərk edib" - Hökumət rəsmisi
Dekabr 24
12:11
2021
"Son 30 ildə Ermənistanı 1,5 milyondan çox vətəndaş tərk edib”.
"Report” "News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri yanında diaspor işləri üzrə baş səlahiyyətli nümayəndə Zare Sinanyan bildirib.
Onun sözlərinə görə, belə vəziyyətlə barışmaq olmaz.
Mütəxəssislərin fikrincə, vətəndaşlar Ermənistanı sosial vəziyyətlərini yaxşılaşdırmaq, işsizlik və bu kimi səbəblərdən tərk ediblər.



