SON XƏBƏR

Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru yol bağlanıb

İyun 27
12:51 2022
Gürcüstanda intensiv yağışlar səbəbindən Terek çayının daşması nəticəsində beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu bütün növ nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanıb.

"Report”un yerli bürosu xəbər verir ki, mürəkkəb meteoroloji vəziyyətlə əlaqədar olaraq Gürcüstan-Rusiya sərhədindəki "Kazbeqi” gömrük-keçid məntəqəsi də müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib ki, gömrük-keçid məntəqəsində bütün gömrük nəzarəti prosedurları dayandırılıb. Həmçinin fiziki şəxslərin də dövlət sərhədini keçməsi mümkünsüz olub.

Hava şəraiti yaxşılaşdıqdan və bərpa işləri başa çatdıqdan sonra "Kazbeqi” gömrük-keçid məntəqəsi əvvəlki kimi tam gücü ilə fəaliyyətini davam etdirəcək, sərnişinlərin hərəkəti və yüklərin daşınması problemsiz həyata keçiriləcək.

Qeyd edək ki, Mtsxeta-Stepantsminda-Lars avtomobil yolu Ermənistanı Rusiya ilə birləşdirən yeganə quru və alternativi olmayan yoldur.






Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook