SON XƏBƏR

Ermənistandan BƏƏ-yə ixrac artıb, Rusiyaya isə azalıb

Oktyabr 21
11:25 2024
Ermənistan ixracat strukturunda Birləşmiş Ərəb Əmirliklərinin payı kəskin şəkildə artaraq 50 faizə yaxınlaşıb. BƏƏ lider mövqe tutub.

Qaynarinfo xəbər verir ki, bu barədə erməni iqtisadçı Armen Ktoyan bildirib.

Ənənəvi olaraq, Rusiya Ermənistan ixracatının əsas istiqaməti olub. Ktoyan bunu ixrac edilən mal növlərinin dəyişməsi ilə izah edir. Onun sözlərinə görə, 2023-cü ilin sonundan qiymətli daşların və metalların ixrac strukturunda xüsusi çəkisi kəskin artıb. Nəticədə əsas ixrac istiqamətləri də dəyişib.

"Rusiyadan Ermənistana böyük həcmdə qiymətli daşlar və metallar gətirilir. Müəyyən emaldan sonra bu məhsullar başqa ölkələrə, ilk növbədə BƏƏ-yə ixrac olunur. Bu, ixrac rəqəmlərini artırsa da, ölkə daxilində əhəmiyyətli əlavə dəyər yaradıldığını söyləmək olmaz və Ermənistanın iqtisadi potensialını ciddi şəkildə artırmır", deyə iqtisadçı əlavə edib.

Rəsmi məlumatlara görə, 2024-cü ilin yanvar-avqust aylarında Ermənistan ötən ilin eyni dövrü ilə müqayisədə ixracın həcmini 2 dəfədən çox artırıb.

İxrac həcminə görə BƏƏ liderlik edir. Əmirliklərə 4,31 milyard dollar dəyərində mal ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 7 dəfə çoxdur.

Rusiya ikinci yerdədir, lakin bu istiqamətdə ixrac azalıb.

Ermənistandan Rusiyaya ixrac 19,5% azalaraq 1,93 milyard dollar təşkil edib.

Üçüncü yerdə ixracı təxminən 840 milyon dollar təşkil edən Çindir ki, bu da ötən illə müqayisədə 3 dəfə çoxdur.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook