Ermənistanda saxta tender keçirən hərbi hissə komandiri həbs edildi
Oktyabr 07
08:20
2023
Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2017-ci ildə ordunun ehtiyacları üçün müsabiqə əsasında antifrizin satın alınması zamanı 60 milyon dram (təxminən 249 min manat) məbləğində vəsaiti mənimsəmə ittihamı ilə hərbi hissə komandirini və müsabiqə komissiyasının 6 üzvünü saxlayıb.
Həmçinin, təchizatçı şirkət olan "Mosesko” MMC-nin direktoru da həbs edilib./Oxu.az
Qlobal.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, hərbi hissə komandiri və daha 3 nəfər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət göndərilib.